«Standard İnsurance» ASC 2 mln manat ziyana düşüb
2016-cı ilin 6 ayında “Standard İnsurance” ASC-nin (“AB Standard” QSC-nin törəməsi) gəlirləri 16,7 mln manat olub. Əməliyyat xərcləri 13 mln manat təşkil etdiyindən, şirkət 1 mln 984 min manat ziyana düşüb.
Açıqlanan yarım illik hesabata əsasən, şirkətin sığorta haqları 4,2 mln manat olub. Təkrarsığorta xərcləri 8 mln 252 min manat, inzibati və digər xərclər 6,5 mln manat təşkil edib.
Şirkətin nizamnamə kapitalı 11 mln manat, aktivləri 25 mln manatdır.
“Standard İnsurance” ASC 2002-ci ildən fəaliyyət göstərir və Gürcüstanda törəmə strukturu var. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz