- İqtisadiyyat
- 2 Fevral 2015, 17:56
- 165
Standard & Poor`s: «Azərbaycan iqtisadiyyatı inflyasiya artımı fonunda güclənəcək»
Bakı/02.02.15/TURAN 2016-2018-ci illərdə Azərbaycanda iqtisadi inkişaf tempi sürətlənəcək, deyə : “Standard & Poor`s” (S&P) beynəlxalq retytinq agentliyi proqnozlaşdırır.
Qurumun press-relizinə əsasən, bu il Azərbaycanda ÜDM-in artımı 2014-cü ildəki 2,8% artıma qarşı 1,9% səviyyəsində proqnozlaşdırılır. Gələn il respublikada ÜDM 2,6%, 2017-ci ildə 2,9%, 2018-ci ildə 3,5% artacaq.
2015-ci ildə ÜDM-in nominal həcmi $64 mlrd, 2016-cı ildə $71 mlrd, 2017-ci ildə $80 mlrd, 2018-ci ildə $85 mlrd səviyyəsində proqnozlaşdırılır.
İnflyasiya 2015-ci ildə 1%, 2016-cı ildə 2%, 2017-ci ildə 2,5%, 2018-ci ildə 3% təşkil edəcək.
Tədiyə balansının profisiti 2015-ci ildə ÜDM-in 1,1%-i, 2016-cı ildə 3,2%-i, 2017-ci ildə 5,3%-i, 2018-ci ildə 2,5%-i səviyyəsində gözlənilir.
Rəsmi məlumata görə, ötən il Azərbaycanda ÜDM 2,8% artıb, orta illik inflyasiya 1,4% təşkil edib. --17D—
-
- İqtisadiyyat
- 2 Fevral 2015 17:39
-
- Siyasət
- 2 Fevral 2015 17:58
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz