Star NEZ üzrə kredit sazişinin detalları
"SOCAR Turkey Energy" şirkəti mayın 30-da 23 maliyyə institutu ilə Star Neft Emalı Zavodunun tikintisi üzrə $3,29 mlrd məbləğində kredit sazişi imzalayıb. Bu barədə Türkiyə saytları məlumat verir.
Kredit paketinin $2,69 mlrd-ı 18 illiyə (güzəşt dövrü 4 il), qalan $600 mln güzəşt dövrü 4 il olmaqla 15 illiyə verilir.
İnformasiyada müvafiq bankların adları açıqlanmır. Əvvəllər ARDNŞ təmsilçiləri bidirirdi ki, $2,8 mlrd ixrac-idxal banklarının (İspaniya, İtaliya, Yaponiya, ABŞ və Koreya) və 15 xarici kommersiya bankının payına düşür. $500 mln-u isə türkiyənin "Garanti Bankası" verir.
Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə $1,9 mlrd nizamnamə kapitalı ilə "SOCAR Turkey Yatirim" şirkəti yaradılıb. Burda dövlətin payı 40%-dir. SC-də dövlətin payını ($760 mln) ARDNF maliyyələşdirəcək.
Bu məqsədlə ARDNF $475 mln ayırıb. Star NEZ-in tikintisinin ümumi qiyməti $5,5 mlrd-dır.
ARDNŞ 2013-cü ilin mayında NEZ-in tikintisi üzrə şirkətlərlə EPC-saziş (Engineering, procurement and construction) imzalayıb. Tenderdə Tecnicas Reunidas SA, Saipem SpA, GS Engineering & Construction Corp və "Itochu qalib gəlib. Zavod 2018-ci ildə istismara veriləcək. –0--
-
- Sual-cavab
- 2 İyun 2014 13:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz