Start Up Azerbaijan 2014 müsabiqəsinin qalibləri
StartUpAzerbaijan 2014-də 6 layihə qalib gəlib. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz " StartUp mühitin fomalaşmasına dövlətin, özəl sektorun və investorların dəstəyi" konfransında bildirib ki, bu il müsabiqəyə 46 layihə təqdim edilib, layihə buraxılıb. Bunun 15-i yarımfinala keçib.
"Layihələrə 10 ballıq sistemlə 5 istiqamət üzrə qiymət verilib. 6 layihə finala çıxıb - BethClip, Butarek, Iwork.az, WEARn, Al-Getir vəXercim.az ", - deyə o bildirib.
Finala çıxanların investorlarla qapalı görüşü olacaq. Müzakirələrin sonunda təkliflər hazırlanıb müvafiq strukturlara veriləcək.
StartUpAzerbaijan müsabiqəsi Azərbaycan İnternet Forumu tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İKT-nin inkişafı Fondunun dəstəyi ilə keçirilir. --17D
-
- İqtisadiyyat
- 3 İyul 2014 15:44
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz