StartUp Azerbaijan müsabiqəsinin finalçıları məlum oldu
Bu gün Mariott otelində «Azərbaycanda internet-biznes: mövcud vəziyyət və inkişaf perspektivləri» konfransı keçirilib.
Tədbirdə StartUp Azerbaijan müsabiqəsinin finalçıları elan edilib. Osman Gündüzün sözlərinə görə, 6 finalçı investorları maraqlandırıb (SİNAM, Qafqaz Universiteti, Goldenpay, AtaBank, Bakcell, Ultra, İnfiPro və s.). xarici biznesmenlər yerli İKT bazarı barədə az bilirlər. Əgər İKT-yə $700 mln qoyulduğunu bilsələr, maraqları artacaq.
SİNAM firmasının direktoru Elçin Əliyev GoMap layihəsinin uğurundan danışıb. Onun xidmətindən xaricdə də istifadə edirlər. Əvvəllər o, adi StartUp idi, indi beynəlxalq brenddir.
Çıxış edənlər yeni biznes növünə investor cəlb etməyin xüsusiyyətlərindən danışıblar.
Finala çıxıb maraq doğuran layihələrin cəlbedici tərəflərini qeyd edək. «Tuning Fork» layihəsi sayəsində diktor, müğənni və natiqlər auditoriyaya təhrif edilməmiş səs çıxara biləcək.
«Nettrends» layihəsi yenilik resurslarının monitorinqini keçirib sifarişçinin zövqünə uyğun təsnif edəcək.
«Brandbook» online rejimdə ilk elektron ticarət sistemidir.
«Mimics2Digi» layihəsinin proqramı mimika xüsusiyyətləri və videokamerada tanınmaq üçün hesablanıb.
Brandevu.az müştərilərin təəssüratına əsasən istifadəçilərə xidmət obyektlərinin üstünlük və nöqsanları barədə danışacaq.
Musiq.im musiqi partiturasının redaktorudur. --17D—
-
- İqtisadiyyat
- 4 İyul 2013 15:15
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz