Sumqayıt Kabel Zavodu yüksəkvoltlu kabel istehsalına başlayıb
Sumqayıt Texniki Parkın Kabel Zavodu 500 KV-lıq kabel istehsalına başlayıb. Bu barədə STP-dan məlumat verilib.
“Müəssisədə Almaniya istehsalı olan avadanlıqlar quraşdırılıb. İndiyə qədər 10, 35, 110, 220 kV-lıq kabellərin istehsalı həyata keçirilib. Azərbaycanın sənaye tarixində ilk dəfə olaraq 500 kV-lıq ifrat yüksək gərginlikli kabel istehsal edilib”, - deyə məlumatda zavodun direktoru Adıgözəl Rəhmanova istinadən qeyd olunur.
İlk istehsalın test xarakterli olduğunu bildirən A.Rəhmanov məlumat verib ki, artıq ümumi uzunluğu 1 km olan 500 KV-lıq kabel istehsal edilib.
«Növbəti mərhələdə bu kabeli bazara çıxarmaq üçün Avropa standartlarına cavab verdiyini təsdiqləyən sertifikat almalıyıq”, - deyə A.Rəhmanov qeyd edib. –12D--
-
- İqtisadiyyat
- 1 İyul 2016 11:59
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz