SOCAR yataqların virtual modelini yaratmaq üçün SCADA sistemi tətbiq edəcək
“Azneft” İstehsalat Birliyi yataqların virtual modelinin qurulması üçün SCADA sisteminin yaradılması planlaşdırır.
SOCAR mətbuat xidmətinin məlumatına görə, SCADA sisteminin yaradılması ilə yataqların istismarı, hasil olunan neft-qazın emalı, saxlanılması, nəqli və aparılan texnoloji proseslərin vizuallaşdırılması həyata keçiriləcək.
Eyni zamanda, bu sistemlə baş verə biləcək risklərin azaldılması üçün proseslərə fasiləsiz nəzarət və məsafədən idarəetmə mümkün olacaq.
Sistemin tətbiqi xərclərin azaldılması və istehsalın artımına da kömək edəcək.
SCADA sisteminin pilot layihə kimi ilk olaraq “28 May” NQÇİ-də tətbiq edilməsi nəzərdə tutulur. Gələcəkdə isə bu sistem Birliyin bütün idarələrində tətbiq olunacaq. –12D--
-
- Cəmiyyət
- 1 İyul 2016 00:57
-
- İqtisadiyyat
- 1 İyul 2016 11:57
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz