Synergy Group-da Müşahidə Şurasının yeni sədri
Dəyanət Quliyev Azərbaycanın aparıcı investisiya qruplarından olan “Synergy Group” ASC-nin Müşahidə Şurasının yeni sədri təyin edilib.
Buna qədər Dəyanət Quliyev 2013-cü ilin fevral ayından “AtaBank” ASC-nin sədrinin birinci müavini olub. “Synergy Group” 2015-ci ilin yanvar ayında beş illiyini qeyd edir. Qısa müddət ərzində 30 şirkəti birləşdirən qrupun aktivləri 136 mln manatı ötüb (2013-cü ilin dekabrın 31-ə olan durum).
Bu il səhmdarlar kapitala 35 mln manat yatıraraq nizamnamə kapitalını 50 mln manata çatdıracaq. Səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında həyata keçirilir. SC-nin səhmlərinin 99%-i Əşrəf Kamilova məxsusdur.
D.Quliyev qeyd edib ki, “hədəfimiz ölkənin və regionun aparıcı investisiya qrupu olmaqdır. Məqsədimiz “Synergy Group”un qeyri-neft sektorunda, xüsusilə sənayedə, tikintidə və tikinti materiallarının istehsalında, İKT və kənd təsərrüfatında mövqeyini daha da gücləndirməkdir”. 08D
-
- Cəmiyyət
- 19 Sentyabr 2014 13:55
-
- İqtisadiyyat
- 19 Sentyabr 2014 15:10
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz