«XalqBank»dan kreditlərin virtual ödənişi
«XalqBank» online kredit ödənişi xidməti tətbiq edir.
Bankdan verilən məlumata görə, bu ödəniş üçün plastik kart və İnternetə çıxış lazımdır.
Krediti onlayn ödəmək üçün borcalanın şəxsiyyət vəsiqəsinin 7 rəqəmdən ibarət PİN-kodu və Bankla müştəri arasında bağlanmış kredit müqaviləsinin nömrəsini bilmək kifayətdir. Bu məlumatları Bankın saytında “Kreditin onlayn ödənişi” bölməsində xüsusi xanalara daxil etməklə növbəti səhifəyə keçid alıb kredit ödənişini onlayn həyata keçirmək olar.
«XalqBank» 30 dekabr 2004-cü ildə lisenziya alıb. Aktivlərin həcminə görə üçüncü bankdır. Səhmdarları «EuroStandard», «IdealBusiness» və «Avanqard» MMC-dir. --17D—
-
- İqtisadiyyat
- 19 Sentyabr 2014 14:00
-
- İqtisadiyyat
- 19 Sentyabr 2014 15:39
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz