Tarif Şurası elektrik enerjisini bahalandırmayacağını vəd edir
Tarif Şurasının katibi İlkin Məcidov bəyan edib ki, energetiklərə verilən qazın bahalanması əhaliyə elektrik enerjisinin verilməsinin bahalanması ilə nəticələnməyəcək.
Onun sözlərinə görə, ötən dövrdə elektroenergetikaya iri investisiyalar qoyulub. Müasir texnologiyaların tətbiqi nəticəsində şərti yanacaq sərfinin xüsusi çəkisi azalıb, bu proses müvafiq dövlət proqramına uyğun olaraq davam edir.
Məlum olduğu kimi, Tarif Şurasının 3 dekabr tarixli qərarı ilə sənayenin deyilən sahəsinə verilən qazın qiyməti 1000 kubmetr üçün 42 manatdan 80 manata qaldırılıb.
* Hazırda 1 kVtsaat elektirk enerjisi 0,06 manatdır. –12В--
-
- Cəmiyyət
- 4 Dekabr 2013 12:00
-
- İqtisadiyyat
- 4 Dekabr 2013 12:10
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz