Yunanıstan parlamenti ТАР qaz kəməri sazişini təsdiq edib
Yunanıstan parlamenti Тransadriatik qaz kəməri sazişini təsdiq edib. Yunanıstan sazişdə qəbul edən ölkədir (Host Government Agreement), deyə ТАР-ın 3 dekabrda yayılan məlumatında bildirilir.
Məlumata əsasən, HGA üzrə sazişi tərəflər 2013-cü ilin iyununda imzalayıb.
Bu saziş layihənin həyata keçmə normalarını müəyyən edir.
TAP layihəsi üzrə qaz Xəzər regionundan Yunanıstan, Albaniya və Adriatik dənizi vasitəsilə İtaliyanın cənubuna, ordan Qərbi Avropaya veriləcək.
“Şahdəniz” yatağının işlənməsinin 2-ci mərhələsindən əldə edilən qaz layihə üçün əsas mənbə kimi götürülür.
TAP kəmərinin ilkin gücü ildə 10 mlrd kubmetr, genişlənmə imkanı 20 mlrd kubmetrə qədərdir.
ТАР səhmdarları bunlardır: BP (20%), ARDNŞ (20%), Statoil (20%), Fluxys (16%), Total (10%), E.ON (9%) və Axpo (5%).
ТАР-ın tikintisinə 2015-ci ildə başlanılacaq.—12D--
-
- İqtisadiyyat
- 4 Dekabr 2013 12:06
-
- İqtisadiyyat
- 4 Dekabr 2013 12:13
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz