Taxılyığan kombayn alınması üçün 15 mln manat ayrılıb
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 4 iyun 2014-cü il tarixində “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat ayrılması barədə sərəncam verib. Analoji sənəd ötən ilin 4 iyulunda qəbul edilmişdi.
Azərbaycanda taxıl yığımının aktiv dövrü 15 iyunda başlayır. Ona görə bu müddətə tender proseduru ilə kombayn alınması çətin ki baş tutsun.
SC-nin hesabatına əsasən, ötən il 2854 ədəd kənd təsərrüfatı texnikasının alınmasına 58,32 mln manat xərclənib. Bu il Kənd Təsərrüfatı Nazirliyi 100 ədəd Almaniya istehsalı olan “CLASS Dominator-130”, 100 ədəd Belçika istehsalı olan “New Holland TC-5050”, 250 ədəd Finlandiya istehsalı olan “Sampo 2045” markalı taxılyığan kombaynları alacaq.
2005-2013-cü illərdə 274 450 min manat qiymətində 17,3 min texnika alınıb. Bunun 11 542 ədədi (157 570 min manat) lizinqə verilib və ya 6 591 fiziki və hüquqi şəxsə satılıb. Qalan texnikanı "Aqrolizinq" istismar edir.
2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan alınan vəsait nəzərə alınmadan SC dövlət büdcəsindən 35 mln manat alıb.
Dövlət 2004-cü ildən kənd təsərrüfatı texnikası alınmaını maliyyələşdirir. Alına texnika 10 illiyə lizinqə verilir, ilkin ödəniş 20%-dir.
"Aqrolizinq" ASC 2004-cü ildə yaradılıb. Dövlət SC-də 100% paya malikdir. 2009-cu ildən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindədir. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz