TBC Kredit mikrokreditləşməni dörddə bir artırıb
"TBC Kredit" qeyri-bank kredit təşkilatının aktiv kredit portfeli bu ilin yanvar-sentyabrında $3,83 mln və ya 10,5% genişlənərək $40,32 mln olub. Hesabat dövründə təşkilat mikrokreditləşməni $2,19 mln və ya 26,3% artıraraq $10,52 mln-a çatdırıb.
Cəmiyyətin aktivləri $4,36 mln və ya 11,4% artaraq $42,43 mln-a çatıb. Müştəri bazası 11,1% genişlənərək 4,03 min nəfərə çatıb.
Problemli kreditlərin payı 0,24 faiz bəndi artaraq 0,81%, mikrokreditləşmədə 0,26 f.b. artaraq 0,44% olub.
Fəaliyyəti dövründə təşkilat $150,061 mln kredit verib. Bunun $33,466 mln-u mikrokreditlərdir.
"TBC Kredit 10 ilə kimi kredit verir. Kredit məbləği 300-200 000 manatdır. Faiz dərəcəsi 18-dən başlayır. Təşkilat biznes, ipoteka, istehlak və mikro kreditlər verir. -15D--
-
- İqtisadiyyat
- 18 Noyabr 2013 15:31
-
- Siyasət
- 18 Noyabr 2013 16:11
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz