Kredit kartları ilə əməliyyatlar iki dəfə yarım artıb
Azərbaycan banklarının dövriyyədə olan aktiv plastik kartlarının sayı 2013-cü ilin sentyabrında 16 min ədəd artaraq 5347 minə çatıb. İllik artım 8,7% olub.
Beləliklə, ölkədə 1000 nəfərə (yetkinlik yaşına çatnış) orta hesabla 891 aktiv plastik kart düşür (bir il əvvəl 820 idi).
Yanvar-sentyabrda kart sahibləri 7323 mln manatlıq 48503 min əməliyyat keçiriblər. Ödənişlərin ümumi sayı 17,5%, onların həcmi 15,6% artıb. Kredit kartları ilə əməliyyat sayı 2,4 dəfə artaraq 6811 min, dövriyyə 55,2% artaraq 1189 mln manat olub. Kart əməliyyatlarının əsas hissəsi yenə bankomatların payına düşüb – 6110 mln manatlıq 37847 min tranzaksiya. Bunun 98,8%-i nağd pul çıxarılması əməliyyatıdır.
Kartlara 2396 bankomat və 35152 POS-terminal vasitəsilə xidmət göstərilib. İl ərzində birincilərin sayı 7,37% artıb, ikincilərinki 4,2% azalıb.
1 oktyabr 2013-cü il üçün Bakıda 1355 АТM və 31068 POS-terminal qurulub. Xidmət sahəsi obyektlərində 33752 POS-terminal fəaliyyət göstərir, onların 30234-ü Bakıdadır. --15В--
-
- Siyasət
- 18 Noyabr 2013 15:28
-
- İqtisadiyyat
- 18 Noyabr 2013 15:44
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz