Təkrar səhm bazarı çöküb
Bu ilin I yarısında təkrar səhm bazarının həcmi 16,2 mln manat olub. Bu, ötən ilin eyni dövründəkindən 85% azdır. Təkrar səhm bazarının dövriyyəsinin yalnız 13%-i birja əqdlərinin payına düşüb.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi qiymətli kağızlar bazarının vəziyyəti barədə hesabat hazırlayıb. Ona əsasən, səhmlər üzrə qeyri-şəffaf əməliyyatlar birja əqdlərindən yüksəkdir. Hərçənd Dünya Bankı «Kapital bazarının modernləşməsi» layihəsi çərçivəsində 2012-2013-cü illərdə birjadankənar əqdlərin azalması üçün $302,6 min kredit ayırıb. Görünür, QKDK və bazarın peşəkar iştirakçıları notariuslarla işləmək istəyən investorlarla bacarmır.
QKDK-nın məlumatına görə, 2014-cü ilin yanvar-iyununda birjadankənar əqd dövriyyəsi 14,1 mln manat olub. Birjadan kənar 285 əqd bağlanıb. Bu, ötən ilin eyni dövründəkindən 10,8% çoxdur.
Normativ tələb olsa da, birjadankənar əqdlər barədə informasiya 2012-ci ilin martından açıqlanmır. Bir çox hallarda bu əqdlərin iştirakçılarından biri insayder (10%-dən artıq səhm sahibi, Müşahidə Şurası və ya İH üzvü) olur.
-
- Cəmiyyət
- 12 İyul 2014 15:35
-
- İqtisadiyyat
- 12 İyul 2014 15:53
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz