Üç «yaşıl market» yaradılır
Bu il Azrbaycanda kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanılması, daşınması, ixracı və satışını təmin edəcək və tutumu 110 min ton olan 3 logistik bu ilin sonunadək istifadəyə veriləcək.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, Bakıda və Abşeronda tikilən mərkəzlərin daxilində “yaşıl market”lər fəaliyyət göstərəcək. İl boyu bu mağazalarda meyvə və tərəvəz satılacaq.
SKMF-nin məlumatına görə (http://anfes.gov.az/az/pages/da1d165d-2416-11e0-b17e-0022190362dd/Soyuducu_anbarlar.html#submenu), logistik mərkəzlərdən biri Bakının mərkəzində yerləşəcək. Orda 4 min tonluq soyuducu kamera olacaq. Burda 150 fermer mağazası tikiləcək.
Nazir deyib ki, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına uyğun olaraq, bir sıra ərzaq məhsullarının, o cümlədən quş əti, yumurta, ət və ət məhsulları, süd məhsullarının istehsalı artmış, özünü təminetmə səviyyəsi yüksəlib.
İntensiv əkinçiliyin yüksəldilməsi məqsədilə 12 rayonun ərazisində 30 min hektaradək sahədə 15 sahibkarlıq subyektinə məxsus 19 iri fermer təsərrüfatının yaradılmasıüçün iş aparılır. Ötən il yaradılan ilk belə təsərrüfatda 1 ha-dan 56 sentner buğda yığılıb.
İri (3000 baş) təsərrüfatlarla yanaşı 50 başlıq iribuynuzlu cins heyvanlardan ibarət ailə təsərrüfatlarının yaradılmasına başlanılıb. 08D
-
- İqtisadiyyat
- 12 İyul 2014 15:50
-
- İqtisadiyyat
- 12 İyul 2014 15:56
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz