«Texnikabank» ASC-nin bank lisenziyası ləğv edilib
Azərbayan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə fevralın 1-dən “Texnikabank” ASC-nin bank lisenziyası ləğv edilib. Bank bu ay özünün 22 illiyini qeyd etməyə hazırlaşırdı.
AMB öz qərarını bankın məcmu kapitalın minimum məbləği tələbinə əməl etməməsi, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olması, kreditorlar qarşısında öhdəliklərini icra edə bilməməsi, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etməməsi ilə əsaslandırıb.
Xatırladaq ki, “Texnikabank” ASC Müşahidə Şurasının keçmiş sədri Etibar Əliyev 2015-ci ilin oktyabrında yenidən öz postuna qayıdıb və yanvarda bankın nəzarət səhm paketini geri alıb. Bu səhmlər Lüksemburq “BEAUFORT INVESTISSEMENTS S.A.” şirkətinin adına sənədləşdirilib. Hazırda bankın səhmlərinin 87,06% -i ona məxsusdur. Bankın nizamnamə kapitalı 75,1 mln. manat təşkil edir.
İlin əvvəlindən AMB-nin qərarı ilə “Bank of Azerbaijan” ASC, “NBCBank”, “Qafqaz İnkisaf Banki”, “Atrabank”, “Gəncəbank” və “United Credit Bank”ın lisenziyaları ləğv edilib. 08D
-
- Siyasət
- 2 Fevral 2016 11:12
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz