Tezliklə SOCAR-ın Azərbaycandan kənarda ilk hasilat layihəsi olacaq
Azərbaycan və İraq birgə layihələrin reallaşdırılması haqda razılığa gəliblər, deyə Energetika Nazirliyinin saytı məlumat verir..
Qarşılıqlı anlaşma memorandumu iyunun 2-də Bakıda Energetika Nazirliyi ilə İraq Milli Neft Şirkəti arasında imzalanıb. Energetika naziri Natiq Əliyev İraqın neft naziri Adil Abdulmahdi ilə görüşündə deyib ki, hər iki ölkənin malik olduğu zəngin neft resurslarının Azərbaycan və İraq arasında əməkdaşlığın daha da genişlənməsində yeni üfüqlər açacaq. Bildirilib ki, İraqda neft-qaz layihələri üzrə Anlaşma Memorandumunun imzalanması bu istiqamətdə gələcək əməkdaşlığın əsasını təşkil edəcək.
Əliyev deyib ki, Azərbaycan və İraq arasındakı münasibətlər təkcə enerji sahəsi ilə məhdudlaşmamalı, əlaqələr müxtəlif sahələrdə daha da genişlənməlidir. İmzalanan sənəd bu baxımdan da yeni imkanlar yaradır.
Qeyd edək ki, İraqın neft naziri Adil Abdulmahdi dünən Caspian Oil and Gas-2015 sərgisində ən mühüm VİP qonaq olub (başqa xarici energetika naziri olmayıb).
Turan-ın məlumatına görə, SOCAR nümayəndə heyəti bu yaxınlarda Bağdadda olub və İraq tərəfi neft yataqlarının işlənməsi imkanını təklif edib. Hazırda SOCAR ekspertləri bu layihələrdə iştirak variantlarının müzakirə edirlər.–12D--
-
- İqtisadiyyat
- 2 İyun 2015 20:05
-
- İqtisadiyyat
- 3 İyun 2015 13:12
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz