«SOCAR-AQS» MMC Nobel Oil Services və Archer Assets UK Limited ilə Oguz Drilling birgə şirkəti yaradıb, deyə SOCAR-AQS məlumat verir.
«Yeni birgə müəssisə qazma avadanlıqlarının layihələndirilməsi və modifikasiyası, habelə qazma işləri ilə əlaqəsi olan digər xidmətlər də daxil olmaqla, dənizdə stasionar platformalarda qazma işləri üzrə dünya səviyyəli xidmətlər təqdim edəcək”, - deyə məlumatda bildirilir. “Oguz Drilling” birgə müəssisəsi beynəlxalq qazma sənayesinin yüksək standartlarına uyğun şəkildə azərbaycanlı heyətin təlimi və inkişafı ilə məşğul olacaq. Şirkət Azərbaycanda qeydiyyatdan keçib və Bakıda yerləşir.
«SOCAR-AQS» MMC 2007-ci ildə SOCAR və Absheron Drilling Company tərəfindən yaradılıb və qazma və quyulara xidmətlə məşğul olur.
Hazırda SOCAR-AQS “Günəşli” yatağında iki platformada üç qazma qurğusundan qazma ilə ilə məşğul olur.
SOCAR-AQS SOCAR-Umid-in sifarişi ilə “Ümid” yatağında Bahar Energy şirkəti ilə müqavilə çərçivəsində qazma işləri aparır. Həmçinin “Qərbi Abşeron”, “Bulla” və “Günəşli” yatağında “Azneft”in sifarişi ilə qazma işlərinə hazırlıq gedir.
* Nobel Oil Services qazma, injinirinq, layihələrin idarə edilməsi, texniki xidmət üzrə xidmət tədarükçüsüdür.
** Archer Assets UK Limited 40 illik təcrübəsi, 8 min əməkdaşı olan neft servisi şirkətidir. Şirkət dünyanın 100-dən çox məntəqəsində işləyir. -12D--
1 rəy
Qurban
2024-02-06
Salam menim atam Alyev Musa ehmed oğlu sokar AQS de is zamani xilas edici qaygin denize duşmesi netdicesde helak olmuşdu buna baxmayaraq bizim aile terefden hec bir şikayet olmadan komek reber Ramin İsayev ogluni işe perpa demişdi sakn Samir molayev kiminsə tapşrig ile meni işden azad edib