Tikinti materiallarının qiyməti dəyişməyib
Yanvarda noyabr-dekabrla müqayisədə tikinti materiallarının qiyməti dəyişməyib, avqust-oktyabrla müqayisədə düşüb. Son 2 ayda istehlak inflyasiyası öz işini görüb. Bir Qaradağ daşı 70 qəpikdən 90 qəpiyə hətta 1 manata bahalanıb. Güzdək daşı 70 qəpikdir, region məhsulları 60-80 qəpikdir.
Yerli armatur sentyabdla müqayisədə 760-dan 720-730 manata düşüb. Mismar, şveller, metal borular da belə ucuzlaşıb.
Yanvarda tikinti materialları bazarlarında monitorinqə əsasən, idxal malları – parket 2%, şifer - 1,5%, kafel və metlax -1,5% ucuzlaşıb. İzolyasiya materialları 1%, boyalar 2% qiymətdən düşüb. Bu, ötən ilin eyni dövründəkindən 1,4% ucuzdur. Yerli malların xüsusi çəkisi 62,3% olub.
Tikinti materialları bazarlarında Пişləyən satıcılar hesab edir ki, yazda qiymətlər yenə bahalanacaq. Bir çox satıcılar gizlətmir ki, onlara inhisarçı məmurların tabeliyində olan iri distribütor şirkətlərinin sahibləri rəhbərlik edir.
Fevralda da tikinti materialları bazarlarında sabitlik müşahidə edilir. Ciddi dəyişiklik Novruz bayramı üçün göslənilir. 17D
-
- İqtisadiyyat
- 10 Fevral 2014 14:47
-
- Cəmiyyət
- 10 Fevral 2014 15:58
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz