Tikinti materiallarının yoxlanmasının yeni qaydaları
Tikinti materiallarının keyfiyyət standartlarına uyğun yoxlanmasının yeni qaydaları təsdiq edilib.
Nazirlər Kabinetinə istinadən verilən məlumata görə, sənəd Şəhərsalma və Tikinti Məcəlləsinin 55.1 maddəsinə uyğun hazırlanıb və tikinti materiallarının və məmulatlarını dövlət nəzarəti çərçivəsində keyfiyyət standartlarına uyğun yoxlanmasını nəzərdə tutur.
Yoxlamalarda məqsəd tikinti materiallarının və məmulatlarının keyfiyyət standartlarına uyğun olması, istehlakçı, dövlət və təsərrüfat subyektlərinin hüquqlarının qorunmasıdır. Tikinti materiallarının və məmulatlarının keyfiyyətinin yoxlanması uyğunluq sertifikatı olmayanda, eləcə də sertifikatın etibarlılığına ciddi şübhələr olanda həyata keçirilir.
Nümunələr akkreditə edilmiş laboratoriyalarda, və ya sınaq laboratoriyalarında həyata keçirilir.
Yoxlamanın sonunda protokol tərtib edilir. --17D—
-
- İqtisadiyyat
- 13 Fevral 2015 11:41
-
- Siyasət
- 13 Fevral 2015 12:13
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz