TMB-da qiymətlər bazara daha uyğundur
İyulda Bakıda və rayonlarda təkrar mənzil bazarında (TMB) qiymətlər 1,8%, ötən ilin eyni dövrü ilə müqayisədə 32% azalıb.
Hazırda orta qiymət indeksi 1 kv m üçün $1 min 280-dır. Əsasən Yasamal, Nərimanov, Nizami, Nəsimi və Xətai rayonlarında 1-2 otaqlı Minsk və Leninqrad layihəli evlərə üstünlük verilir. Bu seqmentdə qiymətlər orta təmirli evlərin 1 kv m-i $700-800-dır. Orta səviyyədən aşağı qiymətli mənzillərin xüsusi çəkisi 55 %-dir.
Qiymətlərə təsi edən əsas amil təkliflərdir. Adamlar manatın ikinci devalvasiyasından qorxduğu üçün mənzilləri satıb daha ucuzunu almaq, əlində dollar olmasını istəyir.
İyulda 4-5 otaqlı mənzillərə, xüsusən 5 otaqlılara tələbat azalıb, 1,2,3 otaqlılara tələbat artıb. 1 və 2 otaqlı mənzillərin qiyməti 2% artıb. 1 otaqlı mənzillər orta hesabla $65 min, 2 otaqlı mənzillər $102 mindir və bu iqtisadi vəziyyətə uyğun deyil.
TMB-da qiymət azalmasını ekspertlər təklif artımı, ipoteka kreditlərinin aktivləşməsi ilə izah edirlər.
Araşdırmalar göstərir ki, TMB-da ilkin bazardan fərqli olaraq bazar mexanizmləri işləyir. Proqnozlara əsasən, avqustda TMB-da aktivlik artacaq. Qiymətlər sabit qalacaq, artım tendensiyası olacaq. --17D—
-
- İqtisadiyyat
- 14 Avqust 2015 18:00
-
- İqtisadiyyat
- 14 Avqust 2015 18:03
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz