Tovuzda Gömrük Terminal Kompleksinin təməli qoyulub
Martın 2-də Tovuz rayonunda Gömrük Terminal Kompleksinin təməli qoyulub. Yeni terminal Azərbaycan-Gürcüstan dövlət sərhədində logistik mərkəz olacaq və regional ticarətin inkişafına kömək edəcək, deyə layihənin əlaqələndiricisi BMT İnkişaf Proqramının (BMT İP) Azərbaycan ofisi bildirir.
BMT İP Rezident Nümayədəsi Qulam İshaqzai bu layihəni BMT İP, Avropa İttifaqı Nümayəndəliyi və Azərbaycan və Gürcüstan Hökumətləri arasında uğurlu tərəfdaşlığin nəticəsi kimi qiymətləndirib.
«Bu layihə Qırmızı Körpü Sərhəd Keçid Məntəsində insan və malların qanuni daşınması və keçməsi prosesini asanlaşdırmağa yardım edəcək. Bu layihə regionda ticarətin gücləndirilməsi və Azərbaycan iqtisadiyyatının şaxələnməsinin dəstəklənməsi kimi Avropa İttifaqı məqsədlərinin bir hissəsidir", deyə Aİ-nin Azərbaycandakı səfiri Malena Mard qeyd edib.
Avropa İttifaqı “Qırmızı Körpu Sərhəd Keçid Məntəqəsinin İnkişafına Dəstək” layihəsinə 2 mln 128 min avro məbləğində maliyyə dəstəyi göstərib. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz