Toxumçuluqla dövlət məşğul olacaq
İyulun 4-də prezident İlham Əliyev toxumçuluğun inkişafı məqsədilə Kənd Təsərrüfatı Nazirliyinə 12 mln. manatın ayrılması barədə sərəncam imzalayıb.
Bu vəsait müxtəlif bitki sortlarının toxumlarının istehsalı və saxlanılması üzrə ixtisaslaşmış müəssisələrin tikintisinə, maşın və avadanlıqla təmin olunmasına yönələcək.
Qərar ölkədə yüksək keyfiyyətli məhsuldar bitki sortlarının toxumlarına olan ehtiyacı ödəmək, toxumluq məhsulların istehsalını artırmaq, bitki sortlarının toxumlarının təmizlənməsini, qablaşdırılmasını, etiketləşdirilməsini və saxlanılmasını təmin etmək məqsədilə qəbul edilib.
Xatırladaq ki, 2015-ci ilin martında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fondu yaradılıb. Fondun fəaliyyətinin təminatı üçün dövlət büdcəsindən 10 mln. manat ayrılıb.
Hökumətin qərarını Turan-a şərh edən müstəqil ekspert Vafid Məhərrəmov deyib ki, toxumçuluğun inkişafının təmin edilməsində dövlətin yeganə rolu ölkənin iqlim şəraitinə cavab verən keyfiyyətli bitki sortlarının seleksiyası, genetika sahəsində elmi işlərin dəstəklənməsindən ibarətdir. Azərbaycanda hökumət Kənd Təsərrüfatı Nazirliyinin timsalında faktiki olaraq təsərrüfat fəaliyyəti ilə məşğul olur.
İqtisadçı hesab edir ki, özəl sektora da maliyyə dəstəyi lazımdır ki, bu da bitki toxumlarının istehsalını və saxlanmasını öz üzərinə götürməlidir.08D
-
- İqtisadiyyat
- 5 İyul 2016 13:49
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz