"Transneft": ARDNŞ Bakı-Novorossiysk kəməri ilə neft nəqlini bərpa edib
ARDNŞ Bakı-Novorossiysk kəməri ilə neft nəqlini bərpa edib. Bu barədə “Transneft”də RBK-ya bildiriblər və qeyd ediblər ki, tədarük fevralda bərpa olunub.
2013-cü ilin mayında RF baş naziri D.Medvedev Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri ilə nəqli haqda Rusiya ilə Azərbaycan arasında müqaviləyə xitam verən sərəncam imzalamışdı. Neft nəqli köhnə sazişə uyğun bir müddət davam etdi.
15 fevralda ARDNŞ məlumat verdi ki, Bakı-Novorossiysk kəməri ilə nəql edilən nefti Bakı-Tbilisi-Ceyhana yönəldib. Amma 18 fevralda məlum oldu ki, ARDNŞ “Transneft” ilə yeni saziş imzalayıb.
Sonra RF Tarif üzrə Federal Xidməti təklif etdi ki, “Transneft”in Şirvanovka-Şesxaris (Bakı-Novorossiyskin bir hissəsi) marşrutu ilə xidməti üçün tarif 700 rub/t. (ildə 1,5 mln ton həcm üçün – red.) olsun.
“Transneft” in təmsilçisi İqor Demin RBK-ya deyib ki, bu marşrut üçün ilk dəfə belə tarif təklif edilir "Əvvəllər dollar tarifi qüvvədə idi", - deyə Demin bildirib.
Qeyd edək ki, faktik olaraq tarif rəyişməz qalıb – 1 ton üçün $15,67. —0—
-
- İqtisadiyyat
- 5 Mart 2014 11:33
-
- İqtisadiyyat
- 5 Mart 2014 12:36
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz