- İqtisadiyyat
- 5 Mart 2014, 11:33
- 280
Deputat mobil operatorun özbaşınalığına qarşı
Reklam məqsədli SMS-bildirişlərə son qoyulmalıdır. Deputat Elmira Axundova mobil rabitə və internet operatorların abunəçilərin hüquqlarına hörmətlə yanaşması təşəbbüsü ilə çıxış edib.
«İnternet ödənilən haqqa uyğun gəlmir. Provayderlər reklamda bildirir ki, istifadəçi fasiləsiz saniyədə 8-30 meqabit əldə edəcək.Sayğac isə daha az göstərir», - deyə deputat bildirib.
E. Axundova deyib ki, rayon əhalisi üçün də internet əlçatan olmalıdır. "Mən rayondan seçilmiş deputat olaraq bildirməliyəm ki, Masallıda telefon xətləri sürətli internetə uyğun deyil. Turizm zonası elan olunan Masallıda internet zəifdirsə, ora hansı turist gələr?!”
Deputat mobil telefonlara müxtəlif şirkətlərdən mənasız məlumatların, reklam xarakterli məlumatların gəlməsindən şikayətlənib: “Nəzərinizə çatdırım ki, hər mesajdan sonra balansdan kontur çıxılır. Özü də belə hallar daha çox “Baksell”dən gəlir. Təklif edirəm ki, bu cür mesajlar dayandırılsın, Rabitə Nazirliyi isə bu cür halların qarşısını alsın”.
Spiker Oqtay Əsədov deyib ki, qanunvericiliyə dəyişiklik edilməli, belə bildirişlər abunəçinin razılığı ilə olmalıdır.
Əlavə edək ki, hər üç mobil rabitə operatoru reklam xarakterli bezdirici mesajlar göndərir, abunəçidən isə pul silinir. --17D—
-
- Dünyada
- 5 Mart 2014 11:25
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz