Ərdoğan Putinə nə etməli olduğunu anladıb
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə Krımda baş verən hadisələrlə bağlı Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı olub.
Baş nazirin aparatının verdiyi açıqlamaya görə, Ərdoğan Ukraynadakı böhranın həllində son sözün Ukrayna xalqına aid olduğunu nəzərə çatdırıb. Ölkədəki qeyri-sabitlik və onu dərinləşdirmə cəhdlərinin bütün regiona mənfi təsir göstərəcəyini qeyd edib.
Baş nazir mövcud böhranın həllində beynəlxalq hüquq və dövlətlərarası münasibətlər prinsiplərinə riayət olunmasının vacibliyini vurğulayıb. O, Krımın yerli əhalisi olan Krım tatarları və rusların ukraynalılarla birgə sülh və sakitlik şəraitində yaşamalarını təmin edəcək əsasların birgə həyata keçirilməsinə diqqət çəkib.-05D-
-
- Cəmiyyət
- 5 Mart 2014 10:57
-
- İqtisadiyyat
- 5 Mart 2014 11:33
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz