Trazit yük daşımaları azalıb
Bu ilin yanvar-aprelində TRACECA nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən 3 mln 490,5 min ton uük daşınıb. Bu, ötən ilin ilk 4 ayındakından 19% azdır, deyə Dövlətstatkomda Turan-a bildiriblər.
Tranzit yüklərin 1 167,1 min tonu dəmir yolunun payına düşür. Bu, ötən ilin eyni dövründəkindən 26,4% azdır. «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» “Şərq-Qərb” marşrutu ilə 2 323,4 min ton yük daşıyıb. Daşımaların həcmi 14,6% azalıb.
Sifarişlər 19% azalsa da, nəqliyyatçıların yük daşımalarından gəlirləri 2,7% azalıb və 41 mln 816,6 min manat təşkil edib. Bunun 26,3 mln manatı (+2,7%) dənizçilərin payına düşür.
Avropa-Qafqaz-Asiya (TRACECA) dəhlizi layihəsi həyata keçiriləndən Azərbaycan ərazisindən maksimal yük daşımaları həcmi 2003-cü ildə olub – 8 mln 284 min ton. Sonrakı illərdə yük daşımaları azalıb, 2011-ci ildə isə 7,8 mln tona artıb.
Azərbaycan son illər tranzit imkanlarını artırır. Buraxılış qabiliyyəti 15 mln ton maye və 10 mln ton quru yük olan Bakı Dəniz Limanı, Beynəlxalq Aeroportun yeni aerovağzalı tikilib. İlin sonu üçün Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilməlidir. Bu marşrut ilə Avropadan Çinə və əks istiqamətdə beynəlxalq yüklər daşınacaq.
TRACECA layihəsini Avropa İttifaqı maliyyələşdirir. 08B
-
- Cəmiyyət
- 9 İyun 2015 18:35
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz