TuranBank ASC AmCham-ın üzvü oldu
"TuranBank" ASC AmCham-a (Azərbaycanda Amerika Ticarət Palatası) üzv olub.
Bankdan verilən məlumata görə, assosiasiyanın müxtəlif sektorları təmsil edən komitələrində iştirak etməklə Bank assosiasiyanın digər üzvləri ilə işgüzar fəaliyyətlə bağlı ümumi məsələləri müzakirə edəcək və bu məsələlərin həlli istiqamətində təkliflər verə biləcək. Əməkdaşlıq çərçivəsində Bank, Azərbaycan və ABŞ-da fəaliyyət göstərən biznes subyektləri ilə işgüzar əlaqələr qurmaq, həmçinin biznes yönümlü məlumatları əldə etmək imkanı əldə edəcək.
AmCham özəl, qeyri-kommersiya, biznesə dəstək assosiasiyasıdır. O, 1996-cı ildə yaranıb və Azərbaycan iqtisadiyyatının bütün sektorlarını əhatə edən 244 üzvü var. –15D—
-
- İqtisadiyyat
- 6 Noyabr 2012 13:15
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz