Vergilər Nazirliyi minə yaxın şəxsin fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyini aşkarlayıb
Cərimələr yüksək olsa da, Azərbaycanda əmək qanunvericiliyindən yayınma səviyyəsi yüksəkdir. Təkcə oktyabrda Vergilər Nazirliyinin operativ tədbirləri nəticəsində zamanı 436 vergi ödəyicisi tərəfindən 926 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi müəyyən olunub.
Vergilər Nazirliyinin məlumatına görə, 36 vergi ödəyicisinin əmək qanunvericiliyini pozması aşkarlanıb. Cərimə tətbiqi barədə məlumat verilmir.
İnzibati Xətalar Məcəlləsinə əsasən, əmək müqaviləsi bağlamadan işə cəlb etməyə görə şirkətin direktoru 3000-5 000 manat, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda çərimə edilir. 08D
-
- İqtisadiyyat
- 6 Noyabr 2012 13:40
-
- Siyasət
- 6 Noyabr 2012 13:59
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz