![Turanbank kapitalını 12% artırır](https://turan.az/resized/./turan-750-500-resize.webp)
Turanbank kapitalını 12% artırır
"Turanbank" ASC nizamnamə kapitalını 4,779 mln manat və ya 12% artıraraq 44,779 mln manata çatdırır.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatına görə, nominalı 1082 manat olan 3697 adi sənədsiz adlı səhmin emissiyası çərşənbə axşamı qeydiyyata alınıb.
Emissiya prospektinə əsasən, yerləşdirmə Bakı Fond Birjasında kütləvi yerləşdirmə yolu ilə olacaq.
Hazırda bankın nizamnamə kapitalı 40 mln manatdır. 1992-ci ildən fəaliyyət göstərən Turanbank-ın səhmdarları 21 fiziki və 5 hüquqi şəxsdir. --15B--
-
- İqtisadiyyat
- 21 Noyabr 2013 11:57
İqtisadiyyat
-
Azərbaycan Prezidenti İlham Əliyev 1 yanvar 2025-ci ildən etibarən əmək pensiyalarının indeksləşdirilməsi ilə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sərəncam imzalayıb.
-
İtaliya hökuməti, bir sıra strateji aktivlərin satışı üzrə beynəlxalq tenderdə müraciətlərin qəbulunu 14 fevral tarixinə qədər uzatdığını açıqlayaraq, Azərbaycanın namizədinin hələ də favoritlər arasında olduğunu təsdiqləyib.
-
İqtisadi Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrulun araşdırması, Azərbaycan rayonları Ağdam, Füzuli və Xocavənddə bərpa layihələri ilə bağlı büdcə xərclərinə diqqət yetirir. Araşdırmada Ermənistan işğalından azad edilmiş ərazilərdə həyata keçirilən dövlət sifarişli tikinti və infrastruktur layihələri araşdırılıb.
-
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov fevralın 4-də Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı missiyasının rəhbəri Anna Bordo başda olmaqla BVF nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə iqtisadi əməkdaşlıq, maliyyə sektorundakı çətinliklər və struktur islahatları müzakirə edilib, nazirlik bildirib.
Rəy yaz