TuranBank kreditin onlayn ödənişi xidmətini istifadəyə verib
TuranBank AzeriCard prosessinq mərkəzi ilə birgə öz müştərilərinə kredit ödənişlərini daha rahat və vaxt itirmədən həyata keçirməsi üçün Bankın rəsmi səhifəsində "Kreditlərin onlayn ödənişi" xidmətini təqdim edir.
Bankın məlumatında deyilir ki, bu xidmət vasitəsliə Visa və MasterCard kartlarının kreditlərini bankın rəsmi internet səhifəsində ödəmək olar.
İnternet vasitəsi ilə krediti ödəmək üçün kart sahibi www.turanbank.az saytında "Kreditin onlayn ödənişi" bölməsinə daxil olub 13 rəqəmli müştəri kodunu, təhlükəsizlik kodunu, həmçinin, ödəniş haqqında məlumatı sms vasitəsilə almaq istədiyi halda mobil telefon nömrəsini, elektron formada almaq istədiyi halda isə e-mail ünvanını daxil etmək lazımdır. Növbəti səhifədə müştəri kredit hesablarının siyahısından ödəmək istədiyi krediti seçməli və daha sonra ödəyəcəyi məbləği daxil etməlidir (5000 AZN-dən çox olmamalı). Sonda müştəriyə ödənişinin qəbzini çap etmək imkanı verilir.
Saat 17:00-a kimi həyata keçirilən ödənişlər həmin gün, 17:00-dan sonra olan ödənişlər isə hesaba növbəti iş günü ərzində mədaxil olunur. Əməliyyat bankın qeyri iş günlərində aparılırsa, vəsait növbəti iş günü ərzində hesaba daxil olunur. –15D--
-
- Siyasət
- 5 Sentyabr 2013 13:24
-
- İqtisadiyyat
- 5 Sentyabr 2013 13:41
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz