Turist vizalarının verilməsi müddəti iki dəfə azalıb
Bu gündən elektron vizalarının verilməsi müddəti 10 gündən 5 günə endirilib. Bu, Azərbaycan prezidenti İlham Əliyevin “Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun tətbiqi barədə sərəncam imzalaması ilə mümkün olub.
Bundan sonra elektron vizanın alınması üçün Azərbaycanda akkreditasiyadan keçmiş turizm şirkəti müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə-anketi dolduraraq, şəxsin pasportunun, fotoşəkilinin və səfərin turizm məqsədi ilə həyata keçirildiyini təsdiq edən sənədlərin skan olunmuş surətlərini əlavə edir. Bunlar turizm vauçeri və ya turizm yollayışı, sərnişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi obyektlərdə yer sifariş edilməsini təsdiqləyən sənəd ola bilər.
Tərtib edilən viza elektron qaydada müraciət edən turizm şirkətinin elektron poçt ünvanına göndərir, imtina edildikdə isə əsaslandırılır, - deyə sənəddə bildirilir. --17D—
-
- İqtisadiyyat
- 19 Fevral 2016 14:15
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz