Türkiyədəki seçkilərin nəticələri SOCAR-a Petkimdəki səhmlərinin bir hissəsini satmağa mane olub
SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Türkiyənin "Petkim" neft-kimya kompleksində sahib olduğu səhmlər paketinin 3,4 faizini satmaqdan imtina edib.
Bu barədə “Kamuoyunu Aydınlatma Platformu” məlumat verir.
Qeyd edək ki, iyunun 5-də SOCAR Petkimdəki səhmlərinin bir hissəsini satmaq istədiyini bildirmişdi. Situasiyaya yaxın mənbələr bildirir ki, seçkilərin nəticələri əqdi başa çatdırmağa imkan verməyib.
Qeyd edək ki, son 13 ildə ilk dəfə bir partiya təkbaşına hakimiyyət üçün lazım olan səsi toplaya bilməyib. Nəticədə İstanbul birjasında aktivlik azalıb. Türk lirəsi isə minimuma düşüb – 2,8 lirə = $1.
Ona görə SOCAR sabitliyin bərpasını gözləmək qərarına gəlib.
Əgər 2 həftəyə koalisiya yaratmaq mümkün olmasa, türkiyədə təkrar seçki keçiriləcək.
Qeyd edək ki, 2014-cü ildə "Petkim"in səhmləri İstanbul birjasında 30 iri şirkətin səhmləri arasında ən yüksək qiymətə malik idi. –12B--
-
- İqtisadiyyat
- 10 İyun 2015 17:50
-
- İqtisadiyyat
- 10 İyun 2015 18:15
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz