Elektrik enerjisi istehlakçılarının yeni kodları olacaq
Dünəndən "Azərişıq" abunəçilər üçün yeni 15 rəqəmli kod tətbiq edir. Bunu ASC-nin elektron xidmətlər üzrə şöbəsinin müdiri Vüqar Həşimov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən təşkil edilmiş brifinqdə deyib.
Hazırda ölkədə elektrik enerjisi istifadəçiləri 11 rəqəmdən ibarət fərdi kodlara malikdirlər: “Söhbət 11 rəqəmli abunəçi kodunun 15 rəqəmli ilə dəyişdirilməsindən gedir. Hələlik yeni kodlar Bakının Mehdiabad, Bağlar, Fatmayi və Novxanı qəsəbələrində tətbiq edilir”, deyə Həşimov bildirib.
Vahid 15 rəqəmli kodun tətbiqi ORACLE verilənlər bazasının üzərində qurulur .
Şöbə müdiri bildirib ki, iyunun 9-dan yeni sistemə keçid Sumqayıt şəhərində başlayacaq. Sonra isə bütün rayonlar və yaşayış məntəqələri mərhələli şəkildə yeni sistemə keçiriləcək.
* "Azərişıq" Azərbaycan prezidentinin 15 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə”nin bazasında yaradılıb.–12D--
-
- İqtisadiyyat
- 10 İyun 2015 18:26
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz