TAP qaz kəmərinə gözlənilməyən təhlükə
Bolqarıstan və Yunanıstan qaz kəmərinin tikintisi haqqında investisiya layihəsinin iyunun 12-də nəzərdə tutulan imzalanmasını təxirə salıblar. Bu barədə energetika üzrə nazir müavini Jeço Stankov bildirib.
“Ümid edirəm ki, Yunanıstanla qaz kəmərinin tikintisi haqqında yekun investisiya qərarı iyunun sonlarına qədər imzalanacaq. Hər iki ölkənin nazirləri yeni tarixi Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forum zamanı müzakirə edəcəklər”, deyən Stankov imzalama tarixinin təxirə salınmasının səbəbini açıqlamayıb.
Strateji TAP (Transadriatik) qaz kəmərinin qolu olacaq qaz kəmərinin tikintisi 2016-cı ilin martında başlanmalıdır, 2018-ci ildə isə qaz kəməri istismara verilməlidir. Bolqarıstan 2019-cu ildən etibarən bu qaz kəməri ilə hər il Azərbaycandan bir milyard kubmetrə yaxın qaz almağa ümid edir, deyə TASS xəbər yayıb.
Qaz kəmərinin uzunluğu 182 km təşkil edəcək, 150 km Bolqarıstan ərazisindən keçəcək. Təxminən 210 mln. avro dəyəri olan qaz kəməri 3 mlrd. kubmetrə yaxın qazın nəqli üçün nəzərdə tutulub. -0D-
-
- İqtisadiyyat
- 10 İyun 2015 18:15
-
- İqtisadiyyat
- 10 İyun 2015 18:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz