Tütünçülər də subsidiya alacaq
Prezident İlham Əliyev oktyabın 5-də tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında Sərəncam imzalayıb. Sənəd tütün xammalı istehsal edənlərə dövlət büdcəsindən subsidiya verilməsini nəzərdə tutur.
Emal müəssisələrinə satılmış quru tütünün hər kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə tütün istehsalçılarına 0,05 manat məbləğində subsidiya veriləcək.
Subsidiyalar bu il istehsal edilən tütünə də şamil ediləcək. Nazirlər Kabinetinə tapşırılır ki, iki ay müddətində tütün istehsalçılarına subsidiya verilməsi qaydasını müəyyən etsin.
Beləliklə, buğda, düyü, pambıq, barama və tütün istehsalçıları dövlət büdcəsindən subsidiya alacaq.
Dövlətstatkomun məlumatına görə, 2016-cı ildə Azərbaycanda tütün plantasiyaları 1400–dən 2400 hektara artıb. Sentyabrın 1-i üçün 2579 ton quru tütün yığılıb. Bu, 2015-ci ilin eyni dövründəkindən 7,6% çoxdur.
2016-cı ilin 8 ayında 1193,6 ton tütün fermentləşdirilib. Bu, 2015-ci ilin eyni dövründəkindən 27,3% çoxdur.
Bu ilin I yarısında Azərbaycandan 1324,6 ton fermentləşdirilmiş tütün ixrac edilib. İxracdan 5 mln 343,4 min dollar gəlir əldə edilib.
Tütün əsasən Şəki-Zaqatala zonası və Masallı rayonunda istehsal edilir. Tütün emalı Zaqatala Tütün zavodunda həyata keçirilir. 08D
-
- İqtisadiyyat
- 6 Oktyabr 2016 11:15
-
- İqtisadiyyat
- 6 Oktyabr 2016 11:53
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz