Qeyri-neft sektorundan vergi daxilolmaları 10,5% artıb
Bu ilin 9 ayı ərzində Vergilər Nazirliyinin xəttilə dövlət büdcəsinə 4 mlrd. 926,2 mln. manat köçürülüb ki, bu da 2015-ci ili müvafiq dövrü ilə müqayisədə 168 mln. manat və ya 3,3% azdır.
Vergilər Nazirliyi analitik informasiya şöbəsinin məlumatına görə, SOCAR doqquzaylıq proqnozu 100,6% yerinə yetirib, hasilatın pay bölgüsü (PSA) çərçivəsində iştirak edən şirkətlər isə 82% yerinə yetiriblər.
Qeyri-neft qaz sektorunun payına 78% (3 mlrd. 843,6 mln. manat) düşüb. Sözügedən müddətdə qeyri-neft sektorundan vergi daxilolmaları 365,9 mln. manat və ya 10,5% artıb.
Vergilər Nazirliyinin məlumatına görə, 2016-cı il oktyabrın 1-i üçün qeydiyyatda olan vergiödəyicilərinin ümumi sayı 929,3 min olub. İlin əvvəlindən 89,1 min vergiödəyicisi qeydiyyata alınıb.08D
-
- İqtisadiyyat
- 6 Oktyabr 2016 11:50
-
- Siyasət
- 6 Oktyabr 2016 11:59
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz