Üç dövlət SC-nin kapitallaşması başa çatıb
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi iyulun 10-da üç dövlət qapalı səhmdar cəmiyyətinin səhm buraxılışını qeydiyyata alıb. Bu SC-lərin kapitallaşmasına əlavə 1 mlrd 415,9 mln manat yönəldib.
"Azərbaycan Polad İstehsalı Kompleksi" QSC 23 aprel 2013-cü ildə təsis edilib. Onun 2 mln manat nizamnamə kapitalını formalaşdırmaq üçün sıəhm buraxılışı ötən cümə həyata keçirilib.
Bu ilin mayında Nazirlər Kabineti "Azərbaycan Dəmir Yolları" QSC-nin yeni nizamnaməsini təsdiq edib və nizamnamə kapitalının həcminə yenidən baxıb. Şirkətin kapitalı 599 mln manatdan 726,1 mln manata artırılıb. İyunda bu yolla "Bakı Metropoliteni" QSC-nin nizamnamə kapitalı 484,1 mln-dan 1 mlrd 770,9 mln manata artırılıb.
Hökumət özəl şirkətlərin çoxundan fərqli olaraq, dövlət şirkətlərinin inkişafı üçün investisiyaları onların nizamnamə kapitalına yönəldir. 2013-cü ilin iyulundan bu ilin aprelinə kimi 2 min emitentin Milli Depozit Mərkəzində saxlanan qiymətli kağızlarının həcmi 8,1 mlrd-dan 13,5 mlrd manata artıb. Bu kağızların çoxu dövlətə məxsusdur. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz