Üç rübdə birja valyuta dövriyyəsi üçdə bir azalıb
Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində hərrac həcmi 2013-cü ilin sentyabrında $39,245 mln və ya 30,779 mln manat olub. Bu, ötən ayla müqayisədə 4,1%, 2012-ci ilin sentyabrı ilə müqayisədə 3,2% azdır.
Hesabat dövründə hərracların birja elektron sistemində hər bir əqdin orta həcmi USD/AZN üzrə $1,784 mln, orta günlük dövriyyə $1,868 mln olub.
2013-cü ilin sentyabrında BBVB valyuta bölməsinin hərraclarında 9 bank iştirak edib. Hesabat ayında BEST-də 42 hərrac sessiyası keçirilib və 22 əqd qeydiyyata alınıb.
Birja valyuta dövriyyəsi üç rübdə 349,282 mln manat ekvivalenti olub. Bu, ötən ilin eyni dövründəkindən 35,3% azdır..
Milli valyutanın birja məzənnəsi hesabat ayında dəyişməyib və 1 USD üçün 0,7835 olub. Manatın ABŞ dollarına nisbətdə orta ölçülmüş məzənnəsi 1 USD üçün 0,7843 AZN təşkil edib. Avqustda o, 0,7844 AZN idi.
Sentyabrda market meyker bankların 90 günlük Bakibor kreditlərinə sifarişlərinə əsasən nəzərdə tutulan orta aylıq faizli tarifi manatla illik 10,01% və ABŞ dolları ilə illik 10,39% təşkil edib. 90 günlük BakiBİD tarifi manatla illik 4,93% və ABŞ dolları ilə 4,74% olub.—15D--
-
- Cəmiyyət
- 7 Oktyabr 2013 15:28
-
- İqtisadiyyat
- 7 Oktyabr 2013 16:10
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz