Ucuz üzüm və bahalı aviabilet mövsümü
İndiki iyul bahalanması əsasən sərinkeşlər, qovun, ramazan ayı ilə əlaqədar xurma ilə bağlıdır.
İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) istehlak qiymətlərinin müşahidələrinin alternativ statistik nəticələrini açıqlayıb. Bu obyektiv göstərici risklərin nisbi həcminin beynəlxalq sistemi (VAR) ilə hesablanıb.
Ucuzlaşmada -50,55%-lə üzüm liderdir (bir ay əvvəl badımcan idi), kartof 10,81%, 3-6 yaşlı oğlanlar üçün uşaq maykaları 14,17%, mobil telefonlar 4,99% ucuzlaşıb. Bu, adamların paytaxtdan getməsi ilə bağlı məcbiri güzəştdir. Lider üçlüyə qovun (+51,28%), xurma (+22,07%), aviabiletlər (+19,64%), sərinkeşlər (+4,40%) və s. daxildir.
Mərkəzin icraçı direktoru Qalib Toğrulun fikrincə, 2012-ci ildə də ötən ilki qədər - 12% inflyasiya gözlənilir. --17D—
-
- İqtisadiyyat
- 14 Avqust 2012 18:00
-
- Cəmiyyət
- 14 Avqust 2012 18:16
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz