Bu ilin yeddi ayı ərzində Azərbaycanda ümumi daxili məhsul 32 mlrd. 122,6 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 3% azdır. Bu, tikinti kompleksində istehsalın həcminin 30,7% azalması ilə əlaqədardır, Dövlət Statistika Komitəsi bildirib.
Neft sektorunun payına ÜDM-in 64,8%-i düşür. Qeyri-neft sektorunda ÜDM istehsalı 5,4% azalıb.
Bu il adambaşına düşən ÜDM 3340,6 manat təşkil edir ki, bu da ötən ilin uyğun dövrü ilə müqayisədə 4,1% azdır.
Adambaşına ÜDM istehsalı dollar ilə $2155,2 təşkil edib. Bu 2014-cü ilin yanvar-iyul aylarında olduğundan iki dəfə azdır.
2015-ci ilin fevralında milli valyutanın devalvasiyası baş verib. Dekabrda ikinci devalvasiya olub. Nəticədə manat ABŞ dolları ilə müqayisədə 2 dəfə dəyərdən düşüb.08D
-
- Cəmiyyət
- 17 Avqust 2016 12:10
-
- İqtisadiyyat
- 17 Avqust 2016 13:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz