ÜDM istehsalı 1,5 mlrd manat
2015-ci ilin yanvar-aprelində Azərbaycanda ümumi daxili məhsul istehsalı 16 mlrd 639 mln manat olub, deyə Dövlətstatkomda Turan-a bildiriblər. Cari qiymətlərlə 2014-cü ilin eyni dövrü ilə müqayisədə ÜDM istehsalı 1 mlrd 567 mln manat və ya 8,4% azalıb.
DSK-nın ÜDM hesablanması metodologiyası ilə hesablamasına görə, istehsal və xidmət sahələrində ÜDM istehsalı 2014-cü ilin I rübü ilə müqayisədə natura şəklində artım hesabına 5,5% artıb.
Qeyri-neft sektorunda ÜDM istehsalı 6,8%, neft sektorunda 4% artıb.
Əlavə dəyərin azalması nəticəsində neft sektorunun ÜDM strukturunda xüsusi çəkisi 45%-dən (2014-cü ilin yanvar-apreli) 33,6%-ə (5,6 mlrd manat) düşüb.
Maraqlıdır ki, hökumət ÜDM strukturunda neft və qeyri-neft sektorunun nisbətinin dəyişməsi amilini şaxələndirmə istiqamətində səylərinin nəticəsi kimi təqdim edir.
Növbəti dəfə bir nəfərə ÜDM istehsalı həcmi ictimaiyyətdən gizlədilir. DSK-ya görə, 4 ayda bir nəfərə ÜDM istehsalı həcmi 1942,6 manat və ya $2476,5 olub. Turan Agentliyinin hesablamasına görə, bu ilin 4ayında bu göstərici 1730 manat və ya $1650-a düşüb.--08D—
-
- Cəmiyyət
- 19 May 2015 12:41
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz