ÜDM istehsalı 3,3 mlrd. manat azalıb
Bu ilin 10 ayında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 45 mlrd. 934 mln. manat təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, real ÜDM artımı 3,3% olub. Nominal olaraq ÜDM 2014-cü ilin 10 ayı ilə müqayisədə 6,7% enib.
DSK-nın məlumatına görə, iqtisadiyyatın qeyri-neft sektorunda ÜDM istehsalının həcmi 31 mlrd. 765 mln. manat təşkil edib. Qeyri-neft sektorunda real artım 5,2%, nominal 10% olub. Beləliklə, ÜDM strukturunda bu sektorun xüsusi çəkisi 59,9%-dən 69,2%-ə qalxıb.
DSK adambaşına düşən ÜDM-in istehsalının hesablanmasını dayandırıb. Turan-ın hesablamalarına görə, 2015-ci ilin 10 ayında ölkənin hər sakininə 4760 manat həcmində əlavə dəyər düşüb. 2014-cü ilin həmin dövründə bu göstərici 5100 manat olub.
Dünyada neftin qiymətiin artması ilə əlaqədar neft üzrə ÜDM 0,5% artıb. 08D
-
- İqtisadiyyat
- 18 Noyabr 2015 14:09
-
- Cəmiyyət
- 18 Noyabr 2015 14:32
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz