ÜDM nominal ifadədə 9% azalıb
Dövlət Statistika Komitəsi bu ilin beş ayı üçün əsas makroiqtisadi göstəriciləri açıqlayıb. Göstəricilərə əsasən Azərbaycan iqtisadiyyatında ümumi daxil məhsul (ÜDM) 21 mlrd. 344,3 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin həmin dövrü ilə müqayisədə 5,3% çoxdur. Qeyd edək ki, mövcud qiymətlərdə ÜDM-in həcmi 2,1 mlrd. manata yaxın və ya 9% azalıb ki, bu da adambaşına düşən ÜDM istehsalına təsir gösərir.
DSK-nın məlumatına görə, qeyri-neft sektorunda 14,1 mlrd. manat istehsal edilib ki, müqayisəli qiymətlərdə əlavə dəyər ötən ilin beş ayında olduğundan 7,6% çoxdur.
Neft sektorunda ÜDM istehsalı istehsalı 2,3%. artıb. ÜDM strukturunda qeyri-neft sektorunun payı 66,1%-ə çatıb ki, bu da 2014-cü ilin yanvar-may aylarında olduğundan 11,4%-lik bənd çoxdur.
Qeyd edək ki, 2014-cü ildə ÜDM istehsalında özəl sektorun payı 81,9% təşkil edib. 08D
-
- İqtisadiyyat
- 13 İyun 2015 01:47
-
- Foto sessiyalar
- 13 İyun 2015 05:15
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz