- İqtisadiyyat
- 13 İyun 2015, 1:47
- 177
Ilin əvvəlindən SOCAR-ın dövlət büdcəsinə ödənişləri azalıb
Bakı/12.06.14/Turan 2015-ci ilin yanvar-may aylarında SOCAR dövlət büdcəsinə 605 milyon 42 min manat vəsait ödəyib. Bu, ötən ilin analoji dövrünün göstəricisindən 217,62 manat (26,5 faiz) azdır.
Dövlət Neft Şirkəti bu ilin may ayında dövlət büdcəsinə 132 milyon 96 min manat vəsait ödəyib (2014-cü ilin mayında 171 mln 136 min manat).
2015-ci ilin yanvar-may aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna 57 milyon 842 min manat (5,8 faiz az) ödənilib. May ayında SOCAR-ın DSMF-yə ödənişləri 11 milyon 248 min manat olub.
2015-ci ildə SOCAR-ın dövlət büdcəsinə ödəniş planı 1,5 mlrd manatdır. Ötən il bu göstərici 1,825 mlrd manat idi.
Dövlət büdcəsinə ödənişlərin azalması neft və neft məhsullarının ucuzlaşması ilə bağlıdır. —12В-
-
- Cəmiyyət
- 12 İyun 2015 23:09
-
- İqtisadiyyat
- 13 İyun 2015 01:51
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz