Unibank kənd təsərrüfatına $8 mln kredit yönəldəcək
Dünya Bankı kənd təsərrüfatının kreditləşdirilməsi məqsədilə “Unibank” ASC-yə 8 milyon ABŞ dolları kredit ayrılıb.
Vəsait Dünya Bankı ilə Kənd Təsərrüfatı Nazirliyinin birgə əməkdaşlığının nəticəsi olan “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində ayrılıb.
Layihə çərçivəsində Unibank kənd təsərrüfatına 500.000 ABŞ dollarınadək kreditlər təklif edir. Kredit müştərinin istəyinə uyğun olaraq manat və ya ABŞ dolları ilə verilə bilər.
“Ölkəmizdə sahibkarlığın inkişafına dəstək, hər zaman Unibank-ın prioritetlərindən biri olaraq qalır. Yüksək keyfiyyətli bank xidmətlərindən faydalanmaq üçün sahibkarlar bankın “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül” , “Yasamal”, “8 saylı” filialları və “Unibank biznes mərkəzi”nə müraciət edə bilərlər”, deyə bank məlumat verir.
«Unibank» 2002-ci ildə lisenziya alıb. Səhmdarları fiziki şəxslər (66,21%), AYİB (12,15%) və DEG (6,68%) şirkətidir.
Azərbaycan hökuməti DB ilə 2014-cü ildə kənd təsərrüfatinin rəqabət qabiliyyətinin gücləndirilməsi məqsədilə $34,5 mln-luq müqavilə bağlayıb. Layihənin ümumi qiyməti $53,25 mln-dır. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz