Ünvanlı sosial yardım alanlar 7,9% artıb
2012-ci ildə Azərbaycanda 130 min ailənin 585 000 üzvü ünvanlı sosial yardım alıb. İl ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yardım ayırdığı şəxslərin sayı 7,9% (43 min) artıb. Amma hökumət bildirir ki, ölkədə yoxsulluq səviyyəsi 1,1% azalıb.
Dövlətstatkoma görə, 2012-ci ildə əhalinin 6,2%-i ünvanlı sosial yardım alıb. Dövlət başçısı isə yanvarda Nazirlər Kabinetinin iclasında bildirdi ki, yoxsulluq səviyyəsi 7,1-dən 6%-ə düşüb.
Qeyd edək ki, ünvanlı sosial yardım alınması üçün ehtiyac meyarı 2012-ci ildə dövlət tərəfindən 75-dən 84 manata artırılıb. Dövlətstatkom isə yoxsulluq səviyyəsini müəyyən edərkən ayda adambaşına gəliri 120 manatdan hesablayır. Nəzərə almaq lazımdır ki, gəliri yaşayış minimumundan az olanların heç də hamısı yardım üçün müraciət etmir. Beləliklə, hətta rəsmi statistika da göstərir ki, ölkədən yoxsullar deyiləndən çoxdur.
QHT-lər qeyd edir ki, 2012-ci ildə yaşayış minimumunun səviyyəsi 108 manat müəyyən edilib. Hökumət qəsdən siyasi məqsədlərlə ehtiyac meyarını az göstərir ki, ölkədə yoxsulların az olduğu barədə rəy yaratsın. 08B
-
- İqtisadiyyat
- 1 Fevral 2013 16:05
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz