- İqtisadiyyat
- 16 May 2013, 16:43
- 219
Ünvanlı sosial yardım alanlar ayda 26,8 manat alır
Pensiyaçılar aprelin 1-i üçün ilin əvvəli ilə müqayisədə 90 qəpik ($1,15) çox pensiya alır, deyə Dövlətstatkom məlumat verir. 31 dekabr üçün orta pensiya 152 manat idisə, rüb ərzində 152,9 manata çatıb.
Orta əmək pensiyası ilə nisbət 37,8%-ə çatıb.
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun informasiya sistemində 1 mln 271,5 min əmək pensiyaçısı və ya əhalinin 13,8%-i var. Fond I rübdə pensiya və müavinətlərə 605,5 mln manat (pensiyalara 592,2 mln, müavinətlərə 13,3 mln manat) yönəldib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 1 aprel üçün ölkədə 311 min nəfər məqsədli sosial müavinət alıb. Bundan başqa, 35 min nəfər vətənə xidmətə görə xüsusi pensiya alır.
DSK-ya görə, ünvanlı sosial yardım alanların hər birinə (542,8 min nəfər, 123,3 min ailə) 26,8 manat düşür. --17D—
-
- İqtisadiyyat
- 16 May 2013 16:26
-
- İqtisadiyyat
- 16 May 2013 17:10
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz