Вazərbaycanda kütləvi üzüm yığımı başlayıb. İyun-iyuldakı isti və quraqlıq yaxşı məhsul vəd edir.
Dövlətstatkoma görə, ilin əvvəli üçün üzüm sahələri 16,1 min hektar olub. Ötən il məhsul yığımında 2% artım olsa da, üzümçülər üçün uğurlu il olmayıb: çoxillik üzüm sahələri 200 ha azalıb. Şəxsi təsərrüfatlar və fermerlər 300 ha üzüm sahəsini ləğv edib, şərabçılıq şirkətləri isə, əksinə, təsərrüfatlarını 100 ha artıraraq 4,8 min ton məhsul yığıb.
2013-cü ildə 154,1 min ton üzüm yığılıb. Bunun bir hissəsindən şərabçılıqda istifadə edilib. Məhsuldarlıq hektardan 91,5 sentner olub. Bu, 2012-ci ildəkindən 0,9 s çoxdur. Eyni zamanda bu, tarixi rekorddur.
2004-cü ildən Azərbaycanda 8 min ha üzüm plantasiyası salınıb. 10 ildə məhsul 3 dəfə artıb.
Şərabçılıq Azərbaycan oliqarxlarının sevimli məşğuliyyətidir. “Gilan” şirkəti böyük üzümlüklər yaradıb. Şirkət Qəbələdə əla şərablar istehsal edir. Göygöl rayonunda “Vinagro” (yüksək rütbəli generala məxsusdur) şirkətinin zavodu var. Onun da bir neçə rayonda üzüm sahələri mövcuddur.
DSK-ya görə, Azərbaycanda üzümçülük əsasən Şamaxı (1617 ha), Cəlilabad (1507 ha), Salyan (1187 ha), Samux (1032 ha), Göygöl (968 ha) və İsmayıllıda (847 ha) inkişaf edib. 08B
-
- Mədəniyyət
- 4 Avqust 2014 16:49
-
- Cəmiyyət
- 4 Avqust 2014 17:41
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz